Yükün daşınması prosesinin təşkili böyük zaman və enerji sərfi tələb edir

 Bu zaman qabın düzgün markalanması və qablaşdırılması böyük əhəmiyyət kəsb edir ki, bu da gələcəkdə çox sayda əlavə problemlərdən azad olmağa imkan verir.

Yüklər adətən tarada, tarasız və ya ayrı-ayrı hissələri qablaşdırılmaqla daşınır. Bəzən belə alınır ki, əsas taradan başqa əlavə qablaşdırma tələb olunur. Bu zaman malın zədələnmədən qorunmasını artıran və yükləmə/boşaltma əməliyyatlarını daha rahat edən xüsusi materiallar və bərkidicilər tətbiq edilir.

İstehlak qablaşdırması – malın alıcıya çatdırıldığı ilkin qablaşdırma.

Əlavə – xarici təsirlər, məsələn, atmosfer hadisələrindən müdafiə vasitəsi kimi çıxış edən, qutular və ya örtüklər şəklində qablaşdırma.

Nəqliyyat qablaşdırması – mexaniki təsirlərdən müdafiə vasitəsi kimi xidmət edir. Bu taxta, metal, karton və ya polietilen qutular, eləcə də çəlləklər  və s. aid olduğu möhkəm taradır.

Yükün müxtəlif xarakterli zədələnmələrdən müdafiəsi üçün qablaşdırmadan başqa yükün saxlanılması, daşınması və yüklə davranma qaydalarına riayət olunmalıdır.

Yüklərin qablaşdırması yükləmə zamanı malın artıq yer tutmaması, yükləməyə çətinlik yaratmaması üçün bəzi tələblərə cavab verməli, eləcə də qablaşdırma əmtəə görünüşünə malik olmalı və daşınma sona çatdıqdan sonra bu görünüşü itirməməlidir. Tara üçün müəyyən edilmiş müxtəlif şərtlərə əsasən qablaşdırma ilə bağlı ümumi qəbul edilmiş tələblər standartı işlənilib hazırlanmalıdır.

Qablaşdırmaya malın markası vurulmalıdır. Malın markalanması – qablaşdırmaya insanların yükün xarakteri haqqında məlumatlandırılması üçün nəzərdə tutulmuş xüsusi işarələrin vurulmasıdır. Markalanma olduqda sənədlərin müvafiqliyini yoxlamaq, eləcə də daşıyıcını yükün daşınma və saxlanma qaydaları və şərtləri haqqında məlumatlandırmaq mümkündür.

Yükün markalanmasına alıcı haqqında çatdırılma ünvanı, alıcının adı, alıcının ünvanı, kütlə və ölçülər, ümumi yer sayı, yük yerinin nömrəsini ehtiva edən informasiya daxildir. Bundan başqa, malın saxlanılma və daşınması qaydalarına işarə edən xəbərdaredici işarələr göstərilir.

Yükün çatdırılmasının problemsiz və daha az sayda zədələnmə ilə baş tutması üçün yükün qablaşdırılma və markalanmasına müəyyən edilmiş qaydalara əsasən məsuliyyətli yanaşmaq lazımdır.

Tel: (012) 408-53-53
Whatsapp: (050) 352-53-53 / (077) 352-53-53
Ünvan:Bakı şəhəri Həsən bəy Zərdabi prospekti 78 b. 102-ci otaq
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
www.yukdasima.az