
Şirkətiniz köçür, yaxud yerini dəyişirsə peşəkar işçilərimiz sizin yerdəyişmə prosesini daha rahat və problemsiz həll etsinlər.
Ofislərin köçürülməsi bir çox səbəblərdən irəli gələ bilər, sirkətin böyüməsi ilə əlaqədar olaraq yaranan narahatçılıqdan, iqtisadi cəhətdən ofisin yerləşdiyi rayonun əlverişli olmaması, artıq köhnə ofisin, şirkətin yeni tələblərinə uyğun gəlməməsi üçün və s. Ancaq istənilən halda sizə yeni köçəcəyiniz ofisə transport daşıma köçürmə fəhlə köməkliyi və bir sıra xidmətlər çox böyük məmuniyyətlə təklif edirik. Ofisini köçürməyə çalışan bir şox şirkətlər üçün əsas şərtlərdən biri də o olur ki, şirkətin işçiləri və nümayəndələri üçün bu proses hiss olunmadan, sakit dəqiq və tez bir müddət ərzində başa çatsın. Çünki belə yerdəyişmələrdən sonra iş atmosferasını, iş aurasını yenidən əvvəlki kimi bərpa etmək asan deyildir. Çox təəssüf hərdən iş prosesi zamanı plandan kənar gecikmələr, ardından çox böyük maliyyə itkisi yaxud maliyyə böhranı yarada bilir. Əgər siz ofis köçürülməsi zamanı, bu işi tanımadığınız bir şirkətə həvalə etmisinizsə, bu zaman gərək göz-qulaqda olasınız. Ele bir qorxulu nə baş verə bilər? Açiq desək hər bir şey. Ən geniş yayılmış problemlərdən bir verilən avtomobilin gecikdirilməsi, köçürülən əşyaların həcminin düzgün qiymətləndirilməməsi, daşınan yükün məhsuliyyət müqaviləsinin yaxud sıgortasının olmaması, sizə deyilən qiymətin sonradan dəyişdirilməsi, daşınma zamanı yükünüzə ziyan vurulması və bir çox neqativ hallarla rastlaşa bilərsiniz. Hərdən daşınan böyük mebellər qapıdan keçmir, yaxud liftə yerləşmir, fəhlələr isə, boşaltma prosesinin necə aparılacağını bilməyərək deyilən qiymətin üstünə əlavə edirlər. Bir başqa hallarda diqqətsiz fəhlələr yüklənəcək yükü təmami ilə unudur yaxud yükləmə - boşaltma prosesi zamanı səhvlərə yol verirlər.Bu və ya digər hallara rast gəlməmək üçün və ofis daşımalarının müvəffəqiyyətlə bitməsi üçün, fəhlələr, sürücülər, menejerlər, qiymətləndirmə nümayəndələri, dispecerlər və bu prosesdə iştirak edən hər bir kəs bir-biri ilə əlaqəli işləməli və yaranan cətinlikləri bir yerdə qarışılıqlı razılıqla həll etməlidirlər. Bu isə ancaq böyük və yaxşı orqanizə edilmiş şirkətlərdə mümkündür , hansı ki, hər bir müştərisinə diqqətlə yanaşır və eyni zamanda öz imicini qoruyur.
“Sərfəli Yük Daşıma “ - işçiləri ofis köçürülmələrini ciddi planlı şəkildə həyata keçirirlər. Əvvəlcə kordinator yaxud menecer sizin ofisinizə gəlir və professional şəkildə köçürüləcək əşyaların həcmini qiymətləndirir ola bilsin əşyaların qablaşdırılmasında bir sıra məsləhətlər versin. Bundan sonra daşınmanın qiymətini deyir və qrafiki təşkil olunur. Ciddi qrafikə görə təyin olunmuş gündə avtomobil fəhlə qrupu ilə adresı gəlir və təyin olunmuş adresə daşınır. Şirkətimiz ofis köçürmələrini çox sərfəli və istədiyiniz kimi professional şəkildə yerinə yetirir.